Gədəbəy rayonunda 54 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Medicina.az xəbər verir ki, hadisə yanvarın 17-də rayonun Zəhmət kəndində baş verib.
1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.