Dəm qazı daha bir can aldı

  • 2026.01.28 09:10
  • 60 Baxış
Dəm qazı daha bir can aldı

Xırdalanda ölüm hadisəsi baş verib.

Medicina.az xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, Qənbərov Rahib Xeyrulla oğlu yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.