Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Medicina.az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.