Dəm qazından kütləvi zəhərlənmə – Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi

  • 2025.12.17 12:52
  • 62 Baxış
Dəm qazından kütləvi zəhərlənmə –  Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.

Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər. Dərhal tibbi yardım edilən zərərçəkənlərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.