Dəniz altında xəstəxana və qəbiristanlıq tapıldı - FOTO

  • 2023.05.05 08:42
  • 1600 Baxış
Dəniz altında xəstəxana və qəbiristanlıq tapıldı -  FOTO
ABŞ alimləri Florida sahillərində apardıqları araşdırma zamanı dənizin bir neçə metr dərinliyində xəstəxana və qəbiristanlıq aşkar edib.


Bakupost.az xəbər verir ki, səlahiyyətlilər məzar daşının fotosunu da paylaşıb.

Səlahiyyətlilər bu ərazinin park işçisi tərəfindən təsadüfən aşkar edildiyini deyib.

Park işçisinin müraciətindən sonra ərazidə araşdırma aparılıb.

Araşdırma nəticəsində bir vaxtlar həmin ərazidə yaşayış olduğu müəyyən edilib.

Mütəxəssislər, 1860-70-ci illərdə qızdırma xəstəliyinin müalicəsi üçün xəstəxana açıldığını bildirib.

Araşdırmaçı Coş Marano tapıntıların bu ərazi tarixinə böyük töhfə verəcəyini qeyd edib.