Dəniz və ya hovuzlardan uşaqlara bu xəstəliklər keçir - Pediatrdan xəbərdarlıq

  • 27 İyl 2021 15:55
  • 861 Baxış
Dəniz və ya hovuzlardan uşaqlara bu xəstəliklər keçir   - Pediatrdan xəbərdarlıq

Yayda uşaqların ən çox əyləndiyi amma bir o qədərdə zərər gördüyü yer dəniz və ya hovuzlardır.


Medicina.az xəbər verir ki, pediatr Günay Quliyeva son günlər dənizdə və hovuzda olduqdan sonra körpə və uşaqlarda müxtəlif xəstəliklərin artdığını bildirib. Ona görə də dənizdən yarana biləcək xəstəlikləri bilmək lazımdır.

- Qulaq infeksiyaları
- Sidik yolu infeksiyaları
- Göbələk xəstəlikləri
- Sinusitlər
- Mədə bağırsaq infeksiyaları
- Parazitar xəstəliklər-Entamöba,Lyambliya(Giardia)
- Göz xəstəlikləri
-Dəri yanıqları və s.


Qulaq infeksiyaları-Xarici və ya orta qulaq iltihabı.Qulaqda qaşınma,ağrı,pis qoxulu ifrazat,qızdırma kimi
şikayətlər varsa mütləq həkimə müraciət edilməlidir.


Sidik yolu infeksiyaları-Xüsusilədə qız uşaqlarında islaq çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq uzun muddet oyun oynamaq mikrobların asanlıqla sidik yollarına qalxmasına şərait yaradır.

Əlamətləri: Ağrılı və tez-tez sidiyə getmə,qarında ağrı,ürəkbulanma,qusma,iştahsızlıq,halsızlıq,qızdırma .

Göbələk infeksiyaları - Dəri,saçlı dəri və dırnaqlarda görülür.Yoluxucudur.Qaşınma,qızarıqlıq bəzən ağ qabıqlı ola bilir.

Sinusit və Burun tıxanıqlığı həm hava damcı infeksiyasi kimi həmdə Hovuzlarda istifadə edilən Xlora bağlı allergik uşaqlarda görülür.

Göz xəstəlikləri-Bakterial konyuktivit,Xlora bağlı kimyəvi və günəş şüasına bağlı konyuktivit görülə bilər.

Mədə bağırsaq infeksiyaları - Virus mənşəli-Rotavirus,Nörovirus,enterovirus,Hepatit A virusa bağlı,Bakterial-Salmonella,Şigella,E.coli yə bağlı və parazitar-lyambliya,entamöba kimi parazitar xəstəliklər görülə bilər.