Depressiyada olanlar qaraciyərini yoxlatsın

  • 2021.05.15 15:20
  • 2102 Baxış
Depressiyada olanlar qaraciyərini yoxlatsın

“Depressiyanın bir səbəbi də qaraciyərin xəstə olmasıdır”


Qaraciyər xəstəliyi nə qədər dərindirsə, depressiya da bir o qədər açıq aşkar dərinləşir.

Medicina.az xəbər verir ki, bunu rusiyalı hepatoloq Sergey Vyalov bildirib.

O hesab edir ki, qaraciyərin xroniki xəstəlikləri pasiyentin emosional psixi durumuna təsir edir və depressiv pozulmalar yaradır.
Qaraciyər qanı, orqanizmi normal təmizləyə bilmədiyi üçün toksinlər baş beyini zəhərləyir.

52% xəstələr hətta qaraciyərində ağır xəstəliyi bilməzdən öncə depressiya ilə üzləşir və səbəbi bilmir.

Əsəbilik, apatiya, süstlük, yuxululuq, gücün azalması, beynin normal işləməməsi elə qaraciyərin zədələnməsinin də əlamətləridir.