Depressiyada olub-olmadığını belə yoxla

  • 2020.10.12 17:35
  • 1961 Baxış
Depressiyada olub-olmadığını belə yoxla

İndi depressiyada olmayan az adam var. Depressiya bəzən keçici bir hal olmayıb, ciddi xəstəlikdir.

Medicina.az xəbər verir ki, elmi dərgi olan Medikal Expressdə alimlər depressiyanın ürək ritmi, nəbzlə əlaqəsini sübut edən araşdırma dərc olunub.

Xəstənin depressiv vəziyyətini 24 saat ərzində ürək vurğularının sayı, tezliyini monitorinq etməklə diaqnoz etnək olar.

Tədqiqatda 30 pasiyentin ürək ritmi 4 sutka ərzində izlənilib. Onların yarısı depressiyadan müalicə alırdı. Məlum oldu ki, depressiyada olan xəstələrin ürək vurğusu digərlərindən dəqiqədə 10-15 vurğu çoxdur.

Daha sonra araşdırılb ki, antidepressant qəbul edən xəstələrdə ürək vurğusunun sayı aşağı düşüb.
Dərman qəbul etməyən pasiyentlərdə isə vurğu yüksək qalıb.

Nəticə: depressiv vəziyyət xəstənin ürək ritmi ilə təyin edilə bilər.