Depressiyanı yalnız iki sualla müəyyən etmək olar.
Medicina.az xəbər verir ki, tanınmış həkim Aleksandr Myasnikov depressiv vəziyyətləri müəyyən etmək üçün istifadə edilə bilən iki sualı qeyd edib.
Həkim depressiyanın yalnız intellektual fəaliyyətlə məşğul olan insanlarda baş verdiyi nəzəriyyəsini təkzib etdi. Onun sözlərinə görə, xəstəlik adətən aşağı sosial-iqtisadi statuslu insanlarda çox müşahidə olunur.
Myasnikov qeyd etdi ki, xroniki xəstəlikləri olan insanların 45%-i depressiyadan əziyyət çəkir.
"Yəni, xroniki xəstəliyi olan demək olar ki, hər ikinci insan depressiyaya meyllidir".
Həkim depressiyanı diaqnoz etmək üçün istifadə edilə bilən iki sualın adını çəkdi.
Bunlar:
"Son iki ay ərzində etdiyiniz işdən narazılıq və baş verənlərin mənasızlığı hissi keçirdinizmi?" və "Son bir ay yarım ərzində özündən ümidsizlik və narazılıq hiss etdinizmi və bu 10 baldan neçə baldır?”.
Myasnikov özü etiraf etdi ki, psixoloji vəziyyətini yoxlamaq üçün bu sualları hər gün özünə verir. Həkim insanın düşüncələrini izləməsinin vacibliyini vurğuladı.
Aygün Musayeva