Elektrokonvulsiv terapiya depressiyanın ən yaxşı müalicə metodudur.
Medicina.az xəbər verir ki, bu, Harvard Universitetinin mütəxəssislərinin gəldiyi nəticədir.
Dünyanın yetkin əhalisinin təxminən 5%-i depressiyadan əziyyət çəkir.
Onların hamısı kədər, əsəbilik, əvvəllər xoş olan fəaliyyətlərdən zövq itkisi, izah olunmayan ağrı və ya bir neçə həftə və ya daha çox davam edən yorğunluq yaşayır.
Əgər onlar peşəkar yardım axtarırlarsa, onlara ən çox psixoterapiya və ya antidepressant dərmanlar təklif olunur, lakin statistika göstərir ki, bu müalicələr depressiv pozğunluqdan əziyyət çəkənlərin yalnız 40%-nə kömək edir.
Depressiya ağır mərhələyə keçdikdə özünə zərər və intihar riski yaranır. Bu halda, getdikcə daha çox populyarlaşan iki müalicə üsulu faydalı ola bilər: elektrokonvulsiv terapiya (EKT) və ABŞ-da depressiyanın müalicəsi üçün xüsusi olaraq təsdiqlənmiş burun esketamin. Lakin, bu yaxınlara qədər alimlər bu iki metodun effektivliyini müqayisə etmirdilər və indi Harvard tədqiqatçıları bu boşluğu doldurublar.
Onlar EKT və esketaminin effektivliyini ayrı-ayrılıqda qiymətləndirən altı tədqiqatın meta-analizini aparıblar.
Alimlər anoreksiya və bulimiyası olan qadınları elektroşokla müalicə edəcəklər.
Bütün bu tədqiqatlar təsdiqləyib ki, EKT ağır depressiya simptomlarını yüngülləşdirməkdə esketamindən daha təsirli olur. Yaş, cins və coğrafi mövqe fərqlərinə baxmayaraq, EKT-nin davamlı effektivliyi də müşahidə edilib. Əgər bir insanın EKT-yə qarşı heç bir əks göstərişi yoxdursa, şübhəsiz ki, ağır depressiyanın müalicəsində bundan faydalanacaq.
Aygün Musayeva