Deputatın qardaşı vəfat etdi

  • 2025.12.30 10:00
  • 226 Baxış
Deputatın qardaşı vəfat etdi

Milli Məclisin deputatı, psixologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Əliyevin ailəsinə ağır itki üz verib.

Medicina.az xəbər verir ki, bu barədə "yenisabah"a onun yaxınları bildirib.

Deputatın qardaşı Qabil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Q.Əliyev Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!