İnsanın dərisi onun sağlamlığının göstəricisidir. Daxili orqanlarda baş verən xəstəliklər dərhal  özünü dəridə biruzə verir.
Dəridə əmələ gələn ləkələr, baxmayaraq ki, qasınma, ağrı vermir, amma insanı daim narahat edir. Piqmentləşmə dəri toxumasında piqment ləkələrinin əmələ gəlməsidir. Bəzən piqmentləşmə düz düşən günəş şüaları dəriyə  təsir edən zaman, kimyəvi maddələrin təsirindən  və dərinin gün şüalarına qarşı həssaslığından əmələ gəlir. Bəzi kremlərdən istifadə etdikdə  günəş şüalarının təsirindən üzdə ləkələr əmələ gəlir. 
Belə ləkələr müalicəyə çətin tabe olur. Ona görədə kremlərdən istifadə edərkən tərkibinə, göstərişlərinə diqqət yetirmək lazımdır. Bəzən dəridəki ləkələr, çillər yaz-yay aylarında  tündləşir, payız qış aylarında isə solğunlaşır. Bunlar çox vaxt irsi olur və müalicə tələb etmir.
Çox vaxt dəridəki ləkələr daxili orqanların xəstəliklərindən xəbər verir. Belə ki, bir çox endokrin sisteminin  xəstəlikləri, xroniki infeksion xəstəliklər ( malyariya, vərəm ),  vitamin çatmazlığı, qaraciyər funksiyasının pozğunluğu,  müxtəlif ağır metalların orqanizmə daxil olması və s. dəridə piqmentasiyaya səbəb olur.
Ona görə dəridə piqmentasiya görən kimi əvvəl həkim  terapevtə müraciət etmək lazımdır.  Qırmızı ləkələr bir çox infeksion xəstəliklərin (qızılca, məxmərək, enterovirus), allergik xəstəliklərin , autoimmun xəstəliklərin (məsələn, qırmızı qurd eşənəyi)  simptomu ola bilər. Adətən sarı ləkələr qaraciyər, boz  qəhvəyi ləkələr böyrəküstü vəz  xəstəliklərindən xəbər verir. 
Amma qəhvəyi ləkələr  başqa xəstəliklərin də simptomu ola bilər:
- irsi amil
 
- vitamin çatmazlığı (A, PP, C)
 
- təbii  yaşlanma
 
- daxili orqanların xəstəlikləri
 
- hormonal fonun pozulması
 
- hamiləlik
 
- ultrabənövşəyi işığa məruz qalma
 
Bundan başqa dəridə sarımtıl, kələ kötür ləkələrə də tez - tez rast gəlinir. Bu adətən yaşlanma ilə, metabolik pozulmalar ilə bağlı olaraq üzə çıxır. Bu endogen piqment lipofuscin  adlanır. Orqanizmdə maddələr mübadiləsi pozulduqda, qaraciyər normal fəaliyyət göstərmədikdə lipofuscinlər  çox əmələ gəlir, dəridə toplanır.
 Bundan azad olmaq üçün həkimə müraciət edib, düzgün müalicə almaq lazımdır. Ümumiyyətlə orqanizmin laboratoriyası adlandırılan qaraciyərdə xəstəlik  olduqda özünü dəridəki problemlərlə göstərə bilir. Dəri orqanizmin güzgüsüdür. Dəridə problem olduqda orqanizmə bir bütöv kimi yanaşmaq lazımdır. Bunun üçün ən əlverişlisi Biotənzimləyici sistemli terapiyadan istifadə etməkdir. Biotənzimləyici sistemli terapiyada Heel şirkətinin preparatlarından istifadə edilir.
Bu  preparatlar  Almaniyada istehsal olunur, çox kiçik dozalardadır(potensiallaşmış), orqanizmdə olan bioloji aktiv maddələr miqdarındadır, ona görə hüceyrələr tərəfindən yaxşı mənimsənilir.Tərkibi zəngin olduğu üçün (bitki,  mineral, katalizatorlar, toxuma ekstraktları və s.) çoxhədəfli, xəstəliyə etiopatogenetik təsir göstərir, immundisfunksiyanı aradan qaldırırlar.
Dəridəki ləkələr zamanı bazis terapiya məqsədilə orqanizmin drenaj-detoks prosesi dəstəklənməlidir!
Aygün Musayeva