Dərmanlar ucuzlaşa bilər - Əhaliyə şad xəbər

  • 2023.05.17 15:24
  • 1414 Baxış
Dərmanlar ucuzlaşa bilər  - Əhaliyə şad xəbər
“Bugünə kimi müxtəlif dərman vasitələri eyni əmtəə nişanı altında qeydiyyata alınır və satışı həyata keçirilirdi. Təbii ki, bu da həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu. “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik bütövlükdə bu sahədə vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır”.


Bunu Bakupost.az -a iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikyi şərh edərkən deyib.


O qeyd edib ki, burada əsas məqsəd bu sahədə vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir:


“Eyni zamanda, qanuna edilən bu dəyişiklik bütövlükdə prosesin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri də dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də müəyyən qədər təsir edəcək. Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lizenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Qiymətlər ucuzlaşa bilər”.