"Dərmanların iç kağızı çox uzundur, elə bil qəzet çıxarıblar"- Millət vəkili

  • 2025.11.20 17:30
  • 66 Baxış
 "Dərmanların iç kağızı çox uzundur, elə bil qəzet çıxarıblar" - Millət vəkili


“Seçicilərim mənə dərmanların içlik vərəqini veriblər ( red - içlik vərəqinin uzun olduğunu göstərir). Qəzet çıxarırsız? Bu qədər izahat olar? Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik ki, onun üstünə yaz ki, bunu neçə dəfə qəbul edəcəm"

Medicina.az xəbər verir ki, bunu deputat Səyyad Salahlı deyib.


"Dərmanla bağlı görün nələr yazır, bunu o xəstə oxuyandı? Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardı”, - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova deputatın fikirlərinə cavab olaraq bildirib:
“Səyyad müəllim, orda bir az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Dünyada qəbul edilmiş praktika var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz".

Səyyad Salahlı isə qeyd edib ki, fikirləri o yox, camaat deyir:

“Bunları mənə camaat verir. Bu izahat həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə danış”.

MEDİCİNA.AZ