Dərmanların təsir etməsi üçün inanıb içməlisiz - Alimlər

  • 2022.10.07 15:58
  • 2048 Baxış
Dərmanların təsir etməsi üçün inanıb içməlisiz  - Alimlər

Dərmanlara inanmalısız ki, müalicəvi təsir etsin.

"Medicina" xəbər verir ki, Vaşinqton universitetinin alimləri dərmanlara inamın müalicəyə təsirini araşdırıb.
Onlar 425 xəstəyə antibiotik verib.

Nəticələr göstərib ki, dərmanın təsirinə inanıb, antibiotikterapiyanın tərəfdarı olanlara əməliyyat 15% az lazım olub.

İnanmayanlara isə dərman az təsir edib və onlar əməliyyat olunub

Alimlər bir daha plasebo effektinin təsdiqini tapıblar: əgər insan qəbul etdiyi dərmanın təsirinə inanırsa, o müalicəyə təsir edə bilər, hətta içdiyi əsl dərman olmasa da.

Ona görə də əgər dərmanların yaxşı işləməsini istəyirsizsə, onlara inanmaq, güvənmək lazımdır.

Burda beynin bədənə təsiri rol oynayır.
Beyin bədəni dərmanın effektivliyinə kökləyir.

Aygün Musayeva