Mingəçevirdə şagirdin əli sinifdə oturduğu stulun şurupuna girib.
"Unikal"ın məlumatına görə, hadisə səhər saatlarında dərs başlayan zaman 7 saylı orta məktəbdə baş verib. Belə ki, 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlunun sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şurupuna girib. Barmağı stula bitişik şagird stulla birgə təcili xəstəxanaya çatdırılıb.
Əməliyyata alınan şagirdin barmağına batan dəmir parçası çıxarılıb.