Diabet xəstələri üçün ən təhlükəli tərəvəz

  • 2022.09.28 15:19
  • 1692 Baxış
Diabet xəstələri üçün ən təhlükəli tərəvəz


Şəkər xəstələri üçün ən zərərli tərəvəz və qida kartofdur.


"Medicina" xəbər verir ki, dietoloq Maxail Qinzburq kartofun niyə mənfi reputasiyaya malik olmasının səbəbini açıqlayıb.

"Kartof həm I, həm II tip diabetlər üçün ən təhlükəli tərəvəzdir.

Kartof asan həll olan karbohidratdır.

Onun orqanizm tərəfindən mənimsənilməsi üçün insulin lazımdır.

Diabetlərdə isə insulin çatışmır.

Bu zaman qanda şəkər norma həddini aşır. Kartof şəkəri qəfil yüksəldir, xəstə isə bunu hiss etmir.
Şəkər xəstələri üçün kartof qızartması və püre risklidir.

Onlar kartofu nadir halda,qabıqlı közdə bişmiş şəkildə yeyə bilər".

Aygün Musayeva