Diplomatlar arasında koronavirusa yoluxan yoxdur

  • 2020.05.13 18:09
  • 1140 Baxış
Diplomatlar arasında koronavirusa yoluxan yoxdur
Azərbaycanın xaricdə olan diplomatları arasında koronavirus infeksiyasına yoluxma barədə məlumat daxil olmayıb.

Medicina.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu günə qədər xaricdəki diplomatlarımız və ailə üzvləri geri qayıtmayıb.

"Bunun əsas səbəblərindən biri diplomatların və ailə üzvlərinin çalışdıqları ölkələrdə karantin rejiminə riayət etmələri olub. Azərbaycanda olan xarici ölkələrinin diplomatik nümayəndələri arasında da da koronavirus yoluxma olmayıb".