Moskvada qadın dişlərini fırçalayarkən diş fırçasını udub.
“Medicina” xəbər verir ki, paytaxt xəstəxanalarının birində qadın xəstədən səhvən udduğu diş fırçasını çıxarılıb.
Amma qadın fırçanı udsa da, bir gün həkimə getməyib və boğazında fırça ilə gəzib.
Xəstə Konçalovski Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, udulmuş əşyanın uzunluğu 18 santimetr olub. Daxili müayinə yad cismin qida borusunun yuxarı hissəsində ilişib qaldığını göstərdi.
Prosedurdan sonra xəstə özünü qənaətbəxş hiss edib və evə buraxılıb.
Aygün Musayeva