Braziliyalı model və bloqçu Willian Silva dodağında iltihablı sızanaq səbəbindən xəstəxanalıq olub.
Medicina.az xəbər verir ki, görünüşünə görə narahat olan kişi bezdirici sızanağı çıxarmağa nail olub. Lakin bu, Willianın problemini həll etmədi.
Tezliklə üzü o qədər şişib ki, tibbi yardım almalı olub. Həkimlər xəstəxanaya yerləşdirilən xəstəyə hətta ölə biləcəyi barədə xəbərdarlıq ediblər.
Üzdə sızanaq sıxmaq olduqca təhlükəli bir fəaliyyətdir.
Dermatoloqlar qaşlardan ağızın künclərinə qədər, o cümlədən burun və yuxarı dodaq nahiyəsini "ölüm üçbucağı" adlandırırlar. Bu sahədə kəllənin dərin strukturlarına birləşən damarlar var. Dəri zədələnərsə, bakteriyalar daha dərin toxumalara nüfuz edə və təhlükəli infeksiyaya səbəb ola bilər.
Sağaldıqdan sonra Willian iltihablı sızanaqları sıxmağın təhlükələri barədə danışmaq üçün bir neçə televiziya şousuna dəvət olunub.
Aygün Musayeva