Doğum illəri fərqli olan əkizlər doğuldu - Kuryoz hadisə

  • 05 Yan 2022 15:45
  • 880 Baxış
Doğum illəri fərqli olan əkizlər doğuldu -  Kuryoz hadisə
Kaliforniyada 2021-ci il tamam olanda doğulan əkizlərin birinin doğum ili 2021, digəri isə 2022-ci il qeyd olunub.

Medicina.az xəbər verir ki, doğum sənədində fərqli illər göstərilən əkizlər 15 dəqiqə fərqlə dünyaya gəlib.

Belə ki, oğlan Alfredo 31 dekabrda saat 23:45-də, bacısı Aylin isə 1 yanvar saat 00:05-də doğulub.

Əkizlərin anası Fatima Madriqal uşaqlarının yeni il gecəsi, fərqli tarixlərdə doğulmasına şaddır.

Tibdə belə bir fürsət 2 milyon əkizdə bir dəfə rast gəlinir. Əsasən gecə yarı baş tutan doğuşlarda belə vəziyyət yaranır.