Hər bir qadın təbii doğuş üçün yaradılıb. Keysəriyyə və təbii doğuş üçün göstəriş və əks-göstərişlər var.
Medicina.az xəbər verir ki, HəkimPostunda qonaq olan mama-ginekoloq Aynurə Abdullayeva bəzən ailə üzvlərinin həkim və ananın əvəzinə qərar verdiyini, məsələyə qarışdığını bildirib.
“Qərarı ilk növbədə həkim verməlidir, eləcə də hamilə qadın həkimlə məsləhətləşməlidir. Azərbaycanda çox zaman gənc ailəyə qaynana və böyük ailə üzvləri müdaxilə edir.
Təəssüf ki, göstəriş olsa da, gəlinimi təbii doğuşa sal deyə israr edənlər olur. Çox zaman qaynanalar keysəriyyədən sonra gəlinə kim qulluq edəcək deyə təkid edir. Bu yaxında belə bir hadisə oldu. Gəlini təbii doğuşa saldıq, lakin sonda məcbur olub keysəriyyə etdik, çünki doğuş mümkün olmadı. Bu həm dölə, həm hamiləyə ikiqat təhlükə yaradır”.
Ətraflı videoda
Aygün Musayeva