Doktor Komarovskidən koronavirus tövsiyələri

  • 2020.03.30 15:34
  • 2644 Baxış
Doktor Komarovskidən koronavirus tövsiyələri
Məşhur həkim Komarovski, YouTube kanalındakı proqramında, koronavirusa yoluxma zamanı hansı qidalar qəbul etmək barədə tövsiyələrini verib.

Onun sözlərinə görə, xəstəyə asanlıqla həzm oluna bilən, karbohidratla zəngin qidalar lazımdır. Bu zaman qarabaşaq yarması və müxtəlif konserv qidalara ehtiyac yoxdur.


Yulaf kəpəyi, manna yarması, quru meyvələr, bal, qatılaşdırılmış süd, meyvə püresi, meyvə, banan və giləmeyvələrə xüsusi yer ayırmaq lazımdır. Dondurma, şokolad və mürəbbədən imtina etməyə gərək yoxdur.

"Şirniyyatlar, yüngül dənli bitkilər, hər növ yarmalar – bir sözlə möhtəşəmdirlər" deyə Komarovski bildirib.