Doktor Komarovskiy koronavirusa yoluxsa, nə edərdi? : - “O QİÇS dərmanlarını qəbul edən deyiləm”

  • 2020.05.04 17:10
  • 1882 Baxış
Doktor Komarovskiy koronavirusa yoluxsa, nə edərdi? :  - “O QİÇS dərmanlarını qəbul edən deyiləm”


Məşhur həkim, yazıçı və bloger Komarovskiy izləyicilərinin “Əgər sizdə koronavirus təsdiqlənsə, nə edəcəksiz? Bir səhər simptomları görsəniz, öz bilik və təcrübənizə uyğun hansı tədbitlər alqoritminiz var?”
sualına cavab verib.


Komarovskiy isə bu suala cavabının çoxdan hazır olduğunu bildirib, çünki bu barədə bir həkim olmaqdan da öncə bir insan kimi düşündüyünü etiraf edib. Onun hərəkətləri elə istənilən virus infeksiyasına qarşı tədbirlərdən ibarət olardı.

Medicina.az Komarovskiy özündə koronavirus şübhəsi hiss edən kimi atacağı addımları təqdim edir.

“Birincisi özümü təcrid edib, son 1 həftədə kiminlə kontaktda olmuşamsa, onlara zəng edib xəbərdarlıq edərdim ki, test versinlər.

Evdəkilərdən qaçmaq fikrim yoxdur, çünki onları çoxdan yoluxdurmuş olardım.
Dərhal isti meyvə kompotu bişirib içərdim və bol meyvə, tərəvəz yeməyə başlayardım.

Sonra da işlərimə, yazıma-pozuma davam edər, kitablar oxuyar, amma evdən çıxmazdım.
Vəziyyətimi izləyib, ona görə dərman istifadəsinə qərar verərdim.

Boğazım qıcıqlanırsa, qarqara və boğaz üçün konfetlər sovurardım.
Qızdırma olsa parasetamol.

Evin temperaturunu 20 dərəcəyə endirərdim, havanın rütubətinə də fikir verərdim, çox quru hava zərərdir.

“QiÇS xəstələri üçün nəzərdə tutulmuş xloroxin, sumamed, azitromisin, sink və s qəbul edən deyiləm. Litrlərlə maye içəcəyəm, meyvə yeyəcəyəm. Bu qədər yetər. Ağırlaşma olsa, o zaman təcili yardımla hospitalizasiyaya qərar verilər”.