Doktorant və dissertant hazırlığı üzrə qəbul Elan olundu

  • 2022.04.15 16:34
  • 1722 Baxış
Doktorant və dissertant hazırlığı üzrə qəbul    Elan olundu

2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil və elmi müəssisələrə qəbul elan edilib. Sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Qeyd edilib ki, doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, http://Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsinə bu gündən başlanılır.