Dolça bürcünün təhlili – UĞURLU GÜNÜ, RƏNGİ, ÖZƏLLİKLƏRİ

  • 2019.05.02 16:03
  • 32631 Baxış
Dolça bürcünün təhlili –  UĞURLU GÜNÜ, RƏNGİ, ÖZƏLLİKLƏRİ
Dolça bürcünün latınca adı Aquariusdur. 21 yanvardan 19 fevrala qədərki müddəti əhatə edir. Havanın dəyişməsi Dolça bürcünün bütün əhval-ruhiyyəsini dəyişə bilir. Çünki onlar hava ünsürlüdürlər. Dolçanın bürcünün rəmzi elə dolçadır. Bu bürcün sevimli rəngi mavinin müxtəlif çalarlarıdır. Bütün dolçaların himayəçi planeti Saturndır (Uran).

 

Medicina.az Dolçalar haqqında geniş təhlili təqdim edir.


Dostluq münasibətləri


Dolça bürcü altında doğulan insanlar ömür boyu həqiqəti axtarırlar. Həqiqəti tapsalar belə, yenə də axtarmağa davam edirlər. İdealist olan Dolça bürcü humanistliyi ilə seçilir. Azadlıq onlar üçün önəmli məsələdir.

 

Dostları və yaxınları ilə səmimi olmağa çalışırlar. İstənilən məsələdə iradələri güclüdür. Yaradıcı təfəkkürə malik olan bu insanlar daim sədaqətli olmağı üstün tuturlar. Bəzən bu bürc altında doğulan insanları başa düşmək çox çətin olur.

 

Çünki müxtəlif fikirlərə dolurlar. Hətta qıraqdan dikbaş görünə bilirlər. Ənənələrə ən çox qarşı çıxan bürclərdən biri də Dolçadır. Adətən emosional və həssas olurlar. Bu bürc altında doğulan insanlar dostun pis günündə yanında olmağı özlərinə borc bilirlər. Həmişə özlərinə güvənən Dolçalar bir az da təvazökar olurlar. Dolça bürcü öz sirlərinə xəzinə kimi baxır, ən yaxın dostlarına belə demək istəmirlər. 

 

Qadın dolçalar


Dolça bürcü altında doğulan qadınlar zərif və incə olurlar. Yaxşı rəqs etməyi sevirlər. Təəssüf ki, bu bürcün qadınları çox vaxt ailə həyatında uğursuzluqlarla qarşılaşırlar. Xoşbəxtlik sanki onlardan gen qaçır. Bütün bunlara baxmayaraq, maraqlı və şirindil olurlar. Görünüşə üstünlük vermək onların ətraf aləmi qiymətləndirməsində çaşqınlıqlar yaradır. 


 

Karyerası


Karyera Dolça bürcü üçün önəmlidir. Həmişə yüksək vəzifələri hədəfləyir. İstədikləri yerə çatmayanda bir anlığa həyatdan küsürlər. Amma əksər halda istədikləri hədəfə ulaşırlar.


Bu bürcün adamları hardasa məhdudiyyət hiss etsələr, dərhal o yerdən uzaqlaşırlar. Çünki azadlıq onlar üçün hər şeydir. Bəzən sanki özlərindən bezirlər və öz bədənlərinin onların azadlığını aldıqlarını fikirləşirlər.

 

 

Dolça bürcü üçün uğurlu rəqəmlər 1 və 7-dir. Enerji ala biləcəkləri əşyanı özləri ilə daşımaq onlara uğur gətirir. Yaşıl və sarı rəngləri onların düşərli rəngləridir. 

 


 

 

Dolça bürcünün təhlili –  UĞURLU GÜNÜ, RƏNGİ, ÖZƏLLİKLƏRİ