Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dondurmanın bilinməyən 7 faydası

  • 2025.05.23 08:00
  • 412 Baxış
Dondurmanın bilinməyən  7 faydası

Yay istisində sərinlənməyin ən ləzzətli üsulu olan dondurma nəinki təravətləndirir, həm də sağlamlığımıza müxtəlif faydalar verir.

Medicina.az dondurmanın 7 faydasını təqdim edir:

1. Kalsium mənbəyidir

Dondurma süd və süd məhsullarından hazırlandığından güclü kalsium mənbəyidir. Kalsium sümük və diş sağlamlığı üçün vacibdir. Xüsusilə inkişaf çağında olan uşaqlar üçün sümük inkişafını dəstəkləyən alternativdir.

2. Enerji verir

Dondurma tərkibindəki karbohidratlar, zülallar və yağlar sayəsində orqanizmi sürətli enerji ilə təmin edir. İdmandan və ya gərgin gündən sonra yenidən enerji qazanmaq üçün yaxşı seçim ola bilər.

3. İmmunitet sistemini gücləndirə bilər

Dondurmanın tərkibində olan bəzi süd zülalları və vitaminlər (xüsusilə A vitamini) immunitet sisteminin güclənməsinə kömək edir. Yüksək keyfiyyətli və gigiyenik şəraitdə istehsal olunan dondurmalar bu baxımdan əhəmiyyətlidir.



4. Əhval-ruhiyyəni yaxşılaşdırır

Şirniyyatdan istifadə beyində xoşbəxtlik hormonları olan serotonin və dopamin ifrazını artırır. Bu təsiri ilə dondurma stressi azaltmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

5. Əzələləri dəstəkləyir

Tərkibindəki protein sayəsində əzələlərin təmirinə və inkişafına kömək edə bilər. Xüsusilə idmandan sonra yeyilən südlü dondurma idmançılar üçün dadlı əlavə ola bilər.

6. Boğaz ağrılarını aradan qaldırar

Soyuq təsiri ilə boğazda müvəqqəti rahatlama təmin edə bilir. Bu səbəbdən bəzi boğaz xəstəlikləri zamanı həkim məsləhəti ilə məhdud miqdarda yeyilməsi məsləhət görülür.

7. Zehni performansı yaxşılaşdıra bilər

Bəzi tədqiqatlar göstərir ki, şəkər və süd məhsullarının birlikdə qəbulu qısamüddətli zehni performansı yaxşılaşdırar. Səhərlər ölçülü şəkildə yeyilən bir qaşıq dondurma günə məhsuldar başlamanıza kömək edər.

Aygün
Medicina.az