"Bəzən qanun qəbul edilir, amma həmişə işlənilmir".
Medicina.az xəbər verir ki, bu fikirləri bu gün Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər elmi-praktiki dəyirmi masada çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilə transplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənib hazırlandı:
"Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçün sənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb".