Döşəmədə bardaş qurub oturmaq ömrü uzadır- ALİMLƏR

  • 2023.01.13 21:11
  • 3495 Baxış
Döşəmədə bardaş qurub oturmaq ömrü uzadır - ALİMLƏR


Döşəmədə əyləşmək vərdişi insanın ömrünü uzada bilər.

“Medicina” xəbər verir ki, 2000 nəfəri əhatə edən elmi işdə tez-tez döşəməyə əyilib əyləşən və qalxan adamlarda müsbət dəyişikliklər baş veridiyi sübut olunub.

Bu vərdiş Şərq, Yaponiya, İtaliya, Sibir, Yunanıstan əhalisində var.
Bu zonalar uzunömürlüləri ilə seçilir.

Həkimlər bu səbəbdən insanlara boş vaxt olan kimi yerdə çöməlib əyləşmək, bardaş quraraq dincəlməyi, film seyr etməyi tövsiyə edir.

Həkim Tatyana Zaxarova bunun uzun ömürə necə təsir etdiyini açıqlayıb.

“Dünyanın ən uzunömürlüləri Yaponiyanın Okinava əyalətindədir, orda insanlar döşəçədə əyləşib çay içir, dincəlir.

Bu sadə hərəkət gündəlik təkrarlandıqca bədənin aşağı hissəsini möhkəmlədir, onurğanı hərəkətləndirir, bədənin tarazlığını yaxşılaşdırır ki, yaşlaşdıqda gəzəndə və oturub qalxanda zəifliyin qarşısını alır.

Əgər insan döşəməyə əyləşib əlləri və dizlərini yerə dayamadan ayağa qalxmağı bacarırsa, bu onun çox yaşayacağına dəlalət edir”.


Aygün Musayeva