Dron hücumuna görə məktəblərdə tədris dayandırıldı - Rəsmi

  • 2026.03.05 12:35
  • 71 Baxış
Dron hücumuna görə məktəblərdə tədris dayandırıldı -  Rəsmi

İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə müəllimlər və şagirdlər təxliyə edilib.

Bu barədə Medicina.az -a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

"Ərazidəki iki məktəb boşaldılıb. Təxliyə pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə həyata keçirilib".