Döşlərdə yaranan sızanaqların səbəbi nədir?

  • 2019.01.31 11:08
  • 8220 Baxış
Döşlərdə yaranan sızanaqların səbəbi nədir?

Bədənin hansı hissəsində olursa olsun sızanaqları heç kəs xoşlamır. Müxtəlif nahiyələrdə əmələ gələn sızanaqların səbəbləri də müxtəlif olur. Amma döşlərdə yaranan sızanaqlar çoxlarını narahat edir. 


Medicina.az sizə döşlərdə yaranan sızanaqların səbəblərini açıqlayır: 


• Gigiyena. Sızanaqların daha çox yarandığı nahiyələri tez-tez yuyun. Dekolte hissəyə çalışın ki, vurmayasınız.  


• Uzun saçlar. Əgər saçlarınız uzundursa və onları hər gün yumursunuzsa bu döşlərinizdə sızanaqların yaranmasına səbəb ola bilər. Saçlarda olan çirk və yağ dəriyə sürtülərək ora bakteriyaların yoluxmasına şərait yaradır. 


• Məşqdən sonra gigiyena. İdman etdikdən sonra duş qəbul edilməlidir. Tərlədiyiniz üçün dəridə duz və yağ yığılaraq sızanaqların yaranması üçün əlverişli şərait yaradır. 


• Kontreseptiv qəbulu. Oral kontraseptiv qəbulu zamanı da dəridə aknenin yaranmasını meydana gətirir. Buna görə də, bu qoruyuculardan istifadə etməzdən əvvəl ginekoloqla məsləhətləşmək lazımdır. Həkim sizin orqanzimizə uyğun kontraseptivin seçməkdə kömək edəcək. 

 

Arzu

Medicina.az