Dubayda raket zərbəsindən yaralanan azərbaycanlının durumu

  • 2026.03.11 16:04
  • 87 Baxış
Dubayda raket zərbəsindən yaralanan azərbaycanlının   durumu


Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş konsulluğu məlumat yayıb.

Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.

Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.