Dünən 9 korona xəstəsi küçədə saxlanıldı

  • 2021.11.16 09:11
  • 1072 Baxış
Dünən 9 korona xəstəsi küçədə saxlanıldı
Noyabrın 15-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Medicina.az -a verilən xəbərə görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.