Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST - FOTO

  • 2020.03.04 14:14
  • 3185 Baxış
Dünya üzrə koronavirusla bağlı son göstəricilər -   ÜST - FOTO
Ümüdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Medicina.az xəbər verir ki, məlumatda bildirilib ki, Son 24 saat ərzində Andorra, İordaniya, Latviya, Mərakeş, Portuqaliya, Səudiyyə Ərəbistan, Seneqal və Tunisdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Belə ki, dünya üzrə 1922-si yeni olmaqla ümumilikdə 90 870 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 80 304 minə çatıb. Həmçinin burada 2946 ölüm qeydə alınıb. Onlardan 31-i son 24 saat içində ölənlərdir.

Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 72 ölkə üzrə 10 566 nəfərdir. Onların içərisində yoluxan 166 şəxs artıq ölüb.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək