Dünyaca məşhur illuziyaçı koronavirusdan öldü

  • 2020.05.09 22:31
  • 2678 Baxış
Dünyaca məşhur illuziyaçı koronavirusdan öldü
Ötən gün dünyaca məşhur illuziyaçı Roy Horn koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, ABŞ-da şou dünyasının məşhur simalarından biri olan 75 yaşlı illuziyaçının ölümü barədə onun mətbuat katibi Deyv Kirvin məlumat verib.

O, Roy Horun Las Veqasdakı xəstəxanaların birində dünyasını dəyişdiyini deyib. Bunun ardınca illuziyaçının çox yaxın dostu Siegfried Fisçabçer də məlumatı təsdiqləyib.

Məşhur “Guardian” jurnalının yazdığına förə Fisçabçer onun ölümü haqda bunları deyib: “Dünya çox böyük bir insanı itirdi, amma mən ən yaxın dostumu itirdim. Roy olmadan Siegfried olmazdı, Siegfried də olmadan Roy olmazdı. O, son günlərindən başqa bütün həyatı boyu bir mübarizəçi idi. Onun müalicəsində mücadilə aparan bütün həkimlərə təşəkkür edirəm”.

Xatırladaq ki, Horn 2003-cü ildə Las Veqasda nümayiş zamanı bir şirin hücumuna məruz qalaraq, ağır yaralanmışdı. Uzun müddət müalicə aldıqdan sonra isə yenidən səhnəyə qayıtmışdı.