Dünyada içməli su problemi başlayır- ALİMLƏR

  • 2023.09.14 17:04
  • 1535 Baxış
Dünyada içməli su problemi başlayır - ALİMLƏR
İqlim dəyişikliyi səbəbindən dünyada çay sularının tərkibi dəyişib.

"Medicina" xəbər verir ki, Niderland alimləri son illərdə quraqlıq, isti hava, leysan yağış və daşqınlara görə suların keyfiyyətinin pisləşdiyi qənaətinə gəlib.

Belə ki, suda oksigen miqdarı azalıb, suyun duzluluğu artıb.Bu da onları heyvanlar və insanlar üçün yararsız edir, eləcə də əkinə yaramır.

Daşqınlar nəticəsində 51% sular plastik, nitrat, pestisid və digər maddələrlə zəhərlənib.

Artıq ölkələr içməlu su resurslarının yaradılması, qorunması istiqamətində hərəkətə keçməlidir.

Aygün Musayeva