Dünyada ilk dəfə - Körpəyə qaraciyər kök hüceyrəsi köçürüldü

  • 2020.05.23 17:04
  • 3677 Baxış
Dünyada ilk dəfə -  Körpəyə qaraciyər kök hüceyrəsi köçürüldü

Unikal əməliyyat yeni doğulmuş körpə üzərində aparılıb. Anadangəlmə qaraciyər çatışmazlığı ilə genetic xəstəlikli körpə qaraciyər köçürülməsinə kimi yaşamayacaqdı.

Medicina.az xəbər verir ki, körpədə genetic olaraq qaraciyərdə ferment çatışmazlığı var idi, hansı ki, bu ferment azot tərkibli məhsulların sidiklə orqanizmdən xaricinə dəstək verirdi. Nəticədə uşaq doğulan kimi orqanizmində toksiki ammiak çoxalır və o, ölə bilər.

Bu halda çıxış yolu qaraciyər köçürülməsidir, amma bu əməliyyat körpə 6-7 kiloqrama çatdıqda, yəni 5-6 aylıqda baş tuta bilərdi. Körpəni bu ana kimi yaşatmaq üçün Yaponiya Uşaq Milli sağlamlıq mərkəzində tibdə ilk dəfə insan embrionundan alınmış kök hüceyrələri – hepatositlər köçürüldü.

Proses 2 gün davam etdi və nəticədə uşağa 190 milyon hepatosidlər köçürüldü. Heç bir əks təsir olmadı, uşağın vəziyyəti dərhal yaxşılaşdı. 9 həftə sonra o evə yazıldı və nəzarətdə qaldı.

Körpə aktiv çəki toplamağa başladı, 6 aya çatdıqda uğurla qaraciyər transplantasiyası əməliyyatı baş tutaraq, körpə xilas edildi. Donor onun atası olub.