Dünyada koronavirusa qarşı ən effektiv 22 dərman - Professordan SİYAHI

  • 2020.12.17 14:20
  • 2495 Baxış
Dünyada koronavirusa qarşı ən effektiv 22 dərman  - Professordan SİYAHI



Məlumdur ki, koronavirusun xəstəni ağırlaşdırmasına səbəb onun bədəndə Sitoken fırtınası yaratmasıdır.
Virus onurğada ilik sümüyünə qarışsa, immunitet öz öz hüceyrələri ilə mübarizəyə başlayır, salamat orqanları da bir-bir sıradan çıxarır. Ona görə xəstələrdə sitoken fırtınasının qarşısını mümkün qədər tez almalıyıq.

Koronavirus o qədər riyakar virusdur ki, əgər onurğa və baş beyni zədələsə və biz beyindən mayesini çəkib analiz etsək, orda heç cür virus özü tapılmır. Virusun beyni zədələməsi əvvəl güclü başgicəllənmə, baş ağrıları, beyində pozulmalar kimi əlamətlər verir.


Medicina.az professor, MD. PhD Ağabəy Azərbaycaninin effektiv koronavirus dərmanları siyahısını və xüsusi tövsiyələrini təqdim edir:


" Son elmi tədqiqatlarla sübut olunub ki, koronavirus 2 şəkildə insana həmlə və təsir edir:

1. Virusun özünün birbaşa oturduğu sellular sıradan çıxır
2. Bədənin ümmunitetini oyandırıb, Sitoken fırtınası adlanan tüğyana səbəb olur, bu zaman digər orqanlar sıradan çıxır

Ona görə virus özünü göstərən kimi, hətta boğazda qaşınma, qıcıqlanma, ağrı olsa, gərəkli antiseptic qarqara məhlulları və spreylər tez istifadə edək. Məsələn, İsveçdə belə bir dərman var.

Xəstədə soyuqdəymə əlamətləri olarsa, mütləq COVİD 19 test olunmalıdır. Gözləmək, vaxt itirmək olmaz. İndi dünyada elə test imkanları var ki, 1 saata belə göstərə bilir. Barmaqdan bir damla qan almaqla da, testlər etmək formaları var. Metodlar var, 80% cavabı düzgün göstərir.

Hazırda dünyada, Amerika və Avropada koronavirusa və onun ağırlaşmalarına qarşı effektivliyi sübut olunmuş 20-ə yaxın dərman preparatı var ki, onları təqdim edirəm:

1) Lopinavir, Ritenavir = bunun ikisinə KALETRA deyirlər.

Ribaverin - hansı ki, hepatit C müalicəsində istifadə olunur

Hydroxychloroquine (Plaquenil) (200 mg gündə) – qeyd etdiyim kimi, bu dərmanı zavodu istehsalını dayandırıb. Əgər bu tərkibdə başqa dərmanı ciddi nəfəs darlığı simptomlu, artıq COVİD təsdiqlənmiş pozitiv olan xəstələrə dərhal başlamaq lazımdır. Ümid edirəm, Azərbaycanda tapılır.

2) Favipiravir (Avigan) (200 mg) Tocilizumab/Actemera – virusu aradan qaldırıb, sitoken fırtınasının qarşısını ala bilir

3) Losartan –genetik bir təzyiq dərmanıdır. Angiotensin II Reseptorları blok edir. Koronavirus bu reseptorlara bağlanır. Losartan bu bağlantının qarşısını alır.

4) Fenofibrate – xolesterolun səviyyəsini endirən dərmandır va Ağciyərlərda yağların yanmasina səbəb olur va coronavirus da ağciyərlərdə yağ azaldığı üçün 5-6 gün orda qala bilmir
Bu dərman da Azərbaycanda tapılır.

5) Convalescent plasma/convalescent serum immunoqlobulin və hiperimmunoqlubin tərkiblidir. 0,5 dozada 5 gün təyin etmək

6) Remdesvir (200 mg) – Amerikada satılan dərmandır. Çox bahalıdır. Bunun iynəsi və ya inhalyasiyası tətbiq edilə bilər. Koronavirusun RNA-sına təsir edir

7) Interferon-alpha, Interferon-Beta və Interferon-Gama interlukinları aradan apara bilir

8) Umifenovir və ya Ridaura/ auranofin - Sitoken tufanını qarşısını alır, eyni zamanda xəstə sellslərində virus qalıqlarını aparır.

9) Əgər bakterial infeksiya qoşularsa, lazım olarsa antibiotiklər də istifadə edilər bilər: Məsələn: Azitromycin, Clarithromycin, Erythromycin


10) Celebrex – preparat revmatoid artritlərdə, sümük ağrılarında verilir. Sitoken sindromu blok edir. Azərbaycanda tapılan dərmandır.

11) Dexamethasone- hormonal inyeksiyadır. Antiviriral dərmanlarla yanaşı xəstəyə vurulur. Və ya onun tableti Decadron 2 mg verilə bilər.

12) Sarilumab (Kevzara) və ya tocilizumab (Actemra) – bəzi immun markerləri interlukin -6 və TNF alpha – nekrozların, şişlərində və İnhalyasion Peptid kokteyli ilə bərabər xəstəyə verilir. Ağciyərlərdə fibrozu aradan qaldırır.

13) CytoSORB. Amerika və Avropada icad edilən kiçik bir cihazdırBu cihaz Sitokeni qandan qovub, filtrə edir, təmizləyir. Ağır reanimasion xəstələrdə tətbiq edilə bilər

14) Emapalumab və Anakinra – revmatoid artrit dərmanladır. İsveçrədə tətbiq olunur. Sitoken tufanına qarşıdır. Ki bu ikisinə rhomatisma ilaçı olup va İsveçdə istehsal olur.

15) Colchicine – podaqra və perikatdit üçündür. Kanadada Covid xəstələri üçün istifadə edilir. İmmun fırtınasının qabağını almaq için tətbiq edilə bilir.




Ağciyər, tənəffüs, döş qəfəsi problemləri zamanı nələr lazımdır:

16) Bəzi ölkələr, məsələn Kuba therapeutic peptides və monoclonal itolizumab, Avstraliya OM85- Broncho-Vaxom adlı preparatları müalicədə istifadə etdilər. Bunları daha çox bronxit və selikli qişaların iltihabında təyin edirdilər. Mədə-bağıraq, ağciyərlərin selikli qişasına çox yaxşı təsir edir. Mikrobiota özü bir mikrobdur, mədə-bağırsaqda zərərli mikrob və bakteriyaları aradan qaldırıb, immun sistemə kömək edir. Çünki immunitetin böyük bir hissəsi də bağırsaqlardadır.


17) Cənubi Koreyada istifadə edilən Niclosamid anti parazitar preparatdır. Corona üçün də istifadə olunur

18) İfenprodil (NP-120) – ağciyərlərdə fibroza qarşıdır.

19) Solnatide – Avstriyada icad edilib, ağciyərləri ağırlaşaraq, heç nəfəs ala bilməyənlər üçün uyğundur

20) ColdZyme spray – İsveç istehsalıdır. Bir soyuqdəymə dərmanıdır ki, burun va boğaz mikosalarda virusun gəlişməsınə mane olur.


21) ATR-002 – kinase inhibitorudur. Bəzi inhibitorlar var ki, dəyişikdir, müalicəyə maneə törədir. Bu dərman maneə yaradan inhibitorların qarşısını alır. Almaniya istehsalıdır, məhz Covid 19-dan sonra meydana gəlib.

22. Reanimasiyaya düşən xəstələrdə ağciyərlərin və ürəyin damarların tutulmasına qarşı da heparin kimi dərmanlar, iynələr verilməlidir.

Bu dərmanlardan hər biri reanimasion və orta ağır xəstələrə istifadə edilə bilər. Amma bir şərtlə ki, müalicə tez başlanılsın.



Prof. Agbeyk Azerbaidjani MD. PhD.
Medicina.az