Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyonu keçdi

  • 2020.04.20 09:20
  • 1046 Baxış
Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyonu keçdi

Dünyada koronavirusdan 626 553 nəfər sağalıb, 165 658 nəfər isə virusdan ölüb.

İndiyədək 2 403 380 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 54 225-nin vəziyyəti ağırdır.

Ən çox yoluxma və ölüm halları ABŞ (762 896 – yoluxma, 40 495 – ölüm), İspaniya (198 674 – yoluxma, 21 238 – ölüm) və İtaliyada (178 972 – yoluxma, 23 660 – ölüm) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 86 306 nəfər yoluxub, 2 017 nəfər ölüb. İranda isə 82 211 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 118 ölkə vətəndaşı pandemiyanın qurbanı olub.