Dünyada qızılca və polimielit yenidən alovlana bilər - ÜST-dən XƏBƏRDARLIQ

  • 2020.04.25 16:05
  • 1416 Baxış
Dünyada qızılca və polimielit yenidən alovlana bilər    - ÜST-dən XƏBƏRDARLIQ

Dünya Səhiyyə təşkilatı dövlətlərin koronavirusla mübarizəyə daha çox diqqət ayırdığı bir vaxtda digər xəstəliklərə qarşı əhali və uşaqların peyvəndlənməsi prosesinin unudulduğu və vaksinasiyanın yarımçıq qalmasından narahatdır.

Medicina.az xəbər verir ki, təşkilat dövlətləri immunizasiya xidmətini qorumağı və təcili olaraq planlı vaksinasiyanı təşkil etməyə çağırıb.

Bəşəriyyət koronavirus bir yana, polimielit və qızılca kimi infeksion xəstəliklərlə üz-üzə qala bilər.
Ölkələrdə peyvəndləmə sisteminin işində ləngimə və dayanma çox risklidir və yaxın gələcəkdə bu səbəbdən xəstəliklərin qarşısını almaq mümkün olmayacaq.

2019-cu ildə qızılca epidemiyası Konqoda 6 mindən çox insanı öldürdü.

ÜST rəhbəri bildirib ki, hazırda vaksinlə qarşısı alına bilinəcək xəstəliklərə qarşı müharibəni uduzmaq olmaz. Əgər bütün dünya üzrə bu xəstəliklər üzrə peyvəndləmə geri qalıb azalsa, xəstəliklər sürətlə geri qayıdacaq.