Dünyada vəba epidemiyası yayıla bilər - ÜST-dən xəbərdarlıq

  • 2023.02.13 14:51
  • 1259 Baxış
Dünyada vəba epidemiyası yayıla bilər   - ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı dünyada vəba xəstəliyinin yayılma riskini "çox yüksək" kimi qiymətləndirib.


"Medicina" xəbər verir ki, təkcə fevral ayında 18 ölkəsindən yeni xəstəliyə yoluxma halları qeydə alınmağa davam edib. Proqnozlara görə, ÜST-ün şənbə günü Cenevrədə dərc olunmuş məlumat vərəqinə əsasən, növbəti aylarda belə ölkələrin sayı arta bilər.


ÜST xatırladıb ki, son 100 lldə dünyada yeddi vəba pandemiyası qeydə alınıb.

Hələ də davam edən yeddinci pandemiyanın 1961-ci ildə başladığı güman edilir. 1990-cı illərin sonlarında qlobal insident əhəmiyyətli dərəcədə azalsa da, Asiya və Afrikanın bəzi bölgələrində vəba geniş yayılmışdır.