Dünyanı tərsinə görən kişi

  • 2023.06.01 16:09
  • 1494 Baxış
Dünyanı tərsinə görən kişi
Tibb tarixində qeyri-adi hadisə İspaniyada baş verib.

“Medicina” xəbər verir ki, İspaniyada Vətəndaş Müharibəsində yaralanan Respublikaçı əsgərlə bağlı tibbi araşdırma həyata keçirilib. Bu tarixdəki ən qəribə beyin zədələnməsi hadisəsi hesab edilir. 1938-ci ildə başından vurulan əsgər oyananda dünyanın alt-üst olduğunu görüb.


25 yaşlı xəstə İspaniya vətəndaş müharibəsində döyüşərkən başından güllə yarası alıb. Əsgər iki həftə sonra özünə gələndə şokedici bir dəyişiklik yaşayıb. O, dünyanı alt-üst gördüyünü bildirib.

Yaralanmış əsgər hətta saata tərs tərəfdən baxaraq təyin edə bilirdi. Həm də tərs vəziyyətdə hərfləri və rəqəmləri oxumaq bacarırdı.

Madridin Komplutense Universitetinin fəxri professoru İzabel Qonzalonun sözlərinə görə, xəstə bədənini və başının istiqamətini dəyişmədən yaşılımtıl rəng görməyə başlayıb və obyektlərə tərs baxıb.

Bundan əlavə, onun eşitmə və toxunma qavrayışları da əksinə olub. Yəni, pasient eşitdiyi səsləri və hiss etdiyi toxunuşları tərs istiqamətdə qəbul edib.

Onun həm normal, həm də tərs vəziyyətdə hərfləri və rəqəmləri oxumaq bacarığı həkimləri də şoka salıb.


Həkimlər bu vəziyyəti 3 sindromla əlaqələndirib:


Mərkəzi sindrom: Bir çox hisslərdə fasilələrə səbəb olur.

Parasentral sindrom: Mərkəzi sindroma bənzəyir, lakin təsirləri bərabər paylanır.

Marjinal sindrom: Müəyyən hisslərlə əlaqəli beyin yollarına təsir göstərir.

Günay Quluzadə