Dünyanın 8 milyardıncı insanı doğuldu - BMT

  • 2022.11.16 15:18
  • 2137 Baxış
Dünyanın 8 milyardıncı insanı doğuldu   - BMT

Noyabrın 15-də səkkiz milyardıncı sakin dünyaya gəlib.



"Medicina" xəbər verir ki, körpə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda doğulub. Bununla da BMT simvolik olaraq bəşəriyyətin artıq səkkiz milyard əhaliyə çatdığını qeyd edir.



BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, noyabrın ortalarına qədər dünya əhalisinin sayı səkkiz milyard nəfərə çatıb ki, bu da qidalanma, ictimai səhiyyə və sanitariya sahələrində elmi nailiyyətlər və təkmilləşdirmələrdən xəbər verir.

Aygün M