Dünyanın "çörəyi yanır" - Hindistandakı anomal istilər Avropanı ac qoyacaq

  • 2022.05.04 15:37
  • 3314 Baxış
Dünyanın "çörəyi yanır"   -  Hindistandakı anomal istilər Avropanı ac qoyacaq


Son bir həftədir aprel-may ayına uyğun olmayan anomal isti hava Hindistanda əkinçiliyə milyonlarla zərər vurub.

Bakupost.az xəbər verir ki, yerli hökumət temperaturun normadan 10-15 dərəcə yüksək olduğunu bildirib.

Yaz ayında belə bir istilik illərdir ki, qeydə alınmayıb.

Bəzi əyalətlərdə hərarət 50 dərəcəni keçir. İri şəhərlərdə minimum 40 dərəcədir.

Yerli əhali istidən qorunmaq üçün küçələrdə buz paylayır, yaxalarına buz salır, soyuq su içirlər.

İsti hava nəticəsində zəmilər, əkin sahələri, meşələr, şəhərətrafı nəhəng zibilliklər yanır.

Nyu-Dehli bütün şəhər təsərrüfatlarını səfərbərliyə alıb.

Xəstəxanalara istilik və günvurma ilə bağlı minlərlə xəstə daxil olur. Yaşlı, xəstə insanların səhhəti pisləşir.
Ölkədə vəziyyət pandemiya dövründən də pisdir.

Mütəxəssislər qeyd edir ki, aprel-may üçün bu göstərici son 122 ildə qeydə alınmayıb.

Belə olduğu halda, alimlər dünyanın böyük buğda, taxıl payının istilərin qurbanı və qıtlığa səbəb olacağını açıqlayıb.
Belə ki, Hindistandan buğda, taxıl alan ölkələrə ixrac azalacaq.

Nəticədə Avropanın çox ölkələri ac qalmaq təhlükəsi ilə üzləşəcək.

Aygün Musayeva
BakuPost