Dünyanın ən bahalı dərmanı – 850.000 dollar

  • 2018.02.05 16:13
  • 40234 Baxış
Dünyanın  ən bahalı dərmanı –  850.000 dollar

İrsi korluğu sağaldır

 

Luxturna dünyanın ən bahalı dərmanı sayılır.
Medicina.az-ın məlumatına görə, preparat o qədər innovasion olub ki, şirkət onun 1 dozasını 1 milyon dollara satmağı düşünüb.
Qeyd olunur ki, Luxturna pasiyenti dünyanın ən ağır və müalicə olunmayan xəstəliyindən – genetik irsi korluqdan qurtara bilər.

 

İnsanın genetik aparatına təsir edən dərman həqiqətən də irsi olaraq görməni itirən insanın görmə qabiliyyətini az da olsa bərpa edir. ABŞ-da bu diaqnozla 2000 insan yaşayır. Dünyada isə sayı daha çoxdur. Hər gözə 2 ampul tələb olunur, 2 ampul isə birlikdə 850 min dollardır.

 


Amma mütəxəssislər acgöz farmaseptika şirkətlərini həddindən artıq baha qiymət qoymaqda günahlandırır. Yeni gen terapiyası dərmanları bundan sonra daha aktual olacaq, amma qiymətlər o həddədir ki, simic sığorta şirkətlərinin pasiyentlər üçün belə dərmanlara pul xərcləyəcəyi real görünmür.