Dünyada minimalist yaşayış sahələrinə tələbat daim artır, lakin Perunun Aucallam şəhərindəki bu ev kiçik məkanlara olan sevginin ən yüksək səviyyəsinin təzahürüdür.
Medicina.az xəbər verir ki, ən dar ev Fabio Moreno tərəfindən dizayn edilib. Belə nazik olmasına baxmayaraq, ev tamamilə funksionaldır.
Burada müasir evin ehtiyac duyduğu hər şey, o cümlədən vanna otağı, mətbəx, yemək otağı, dəhliz, yataq otağı, iş otağı, camaşırxana və iki mərtəbəni birləşdirən iki pilləkən var. Və bütün bunlar cəmi 63 santimetr enindədir.
Fabio artıq Ginnesin Rekordlar Kitabına müraciət edib və evinin dünyanın ən dar evi olacağına əmindir. Bununla belə, turistlər və maraqlı insanlar artıq evi gəzə bilərlər.
Aygün Musayeva