Dünyanın ən pinti adamı 94 yaşında öldü - Çiməndən sonra

  • 2022.10.27 14:54
  • 4038 Baxış
Dünyanın ən pinti adamı 94 yaşında öldü  - Çiməndən sonra


İranda dünyanın ən kirli, pinti adamı hesab edilən Amu Haci 94 yaşında ölüb.

"Medicina" xəbər verir ki, o, 70 il idi ki, çimməkdən qaçırdı və qorxurdu.

O, həkimlərin təkidindən sonra müalicəyə qaldırılmaq üçün qonşuların xahişi ilə vanna qəbul edib. Ondan sonra xəstələnərək ölüb.

Hacı əmi kimi tatınan kişi Fars əyalətində yaşayırdı.

Yerli sakinlər deyir ki, gənc yaşlarında keçirdiyi stress və qorxu səbəbindən o çimməkdən qaçırdı.
Kişi deyidi ki, bu onu xəstələnməkdən də qoruyur.

O həmçinin təzə yemək, tərəvəz yeməz, çürümüş qida yeyərdi.

Dırnaqlarını daşla yonar, saqqalını odla yandırıb azaldardı.

Aygün Musayeva