Qlobal xoşbəxtlik indeksinin araşdırılması göstərdi ki, İspaniya sakinləri Avropada ən rahat, ən xoşbəxt insanlardır. Lakin dünyanın ən xoşbəxt insanları isə qırğızlardır.
“Medicina” xəbər verir ki, İspaniya sakinlərinin 65%-i özünü xoşbəxt hiss edir (Rusiyada bu rəqəm 24%-ə bərabərdir). Onlar özlərini xoşbəxt və hətta çox xoşbəxt adlandırıblar. İspanların yalnız 7%-i bədbəxtdir. 28%-i özünü nə bədbəxt, nə də xoşbəxt hesab edir.
Bu arada, Avropanın qalan hissəsində respondentlərin təxminən 50%-i özlərini xoşbəxt hiss etdiklərini bildirirlər. Dünyanın bütün ölkələrinə baxdıqda, Qırğızıstan ən xoşbəxt ölkə olaraq ortaya çıxıb, belə ki, vətəndaşların 85%-i özünü xoşbəxt hesab edir.
 
Ümumiyyətlə, Avropa ən pessimist qitə hesab olunub.
Aygün Musayeva