Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın ən yaşlı qadını vəfat etdi

  • 2021.11.24 14:24
  • 1385 Baxış
Dünyanın ən yaşlı qadını vəfat etdi

Filippində dünyanın ən yaşlı insanı Fransiska Susano 124 yaşında vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə F.Susanonun yaşadığı Kabankalan şəhərinin rəsmi "Facebook" səhifəsində deyilir.

Məlumata əsasən, F.Susano noyabrın 22-si axşam saatlarında vəfat edib: "Ürəyimizdə kədərlə bizim sevimli Fransiska Susanonun vəfatı barədə xəbər aldıq. O, həmişə bizim ilhamımız və qürurumuz olaraq qalacaq".

Şəhər hakimiyyətinin sözlərinə görə, Fransiska Susanonun dünyanın ən yaşlı insanı statusu Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq təsdiqlənib.