2010-cu ildə ABŞ-ın Men ştatından Frank Turek yeni bir ev heyvanı - Gerti adlı kiçik toyuq əldə edib.
Medicina.az xəbər verir ki, Golden Sebright toyuğu kişini xeyli təəccübləndirdi, o, sadəcə uzunömürlü deyil, həm də dünya rekorduna layiq toyuq oldu. Gerti dünyanın ən yaşlı toyuğu kimi Ginnesin Rekordlar Kitabına daxil edildi. Kekord rəsmi olaraq tanındığı zaman onun 15 il 100 günlük olduğu təsdiq edilib.
Frank bildirib ki, Gerti həmişə itaətkar quş olub, lakin bir neçə il əvvəl, o, kor olmağa başlayanda, sahibi onu rahat bir yuvaya köçürdü. Gerti köçməkdən olduqca məmnun görünür, çünki o, digər toyuqlarla müqayisədə insanlarla ünsiyyətdən daha çox zövq alır. Frank zarafatla Gertinin bəzən toyuq olduğunu unutduğunu deyir.
Aygün Musayeva